Misli Premyer Liqasında VI turun təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun mərkəzi oyunu - "Sabah" - "Sumqayıt" qarşılaşması FİFA referisi Əliyar Ağayevə tapşırılıb.
Digər FİFA referilərimiz Elçin Məsiyevlə Kamal Umudluya isə bu turda "məcburi istirahət" verilib.
Misli Premyer Liqası I dövrə, VI tur 26 sentyabr
15:30. "İmişli" – "Zirə" Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov. VAR: Elçin Məsiyev, Elşad Abdullayev. Hakim-inspektor: Feyzulla Feyzullayev. Quba Olimpiya İdman Kompleksinin stadionu.
19:00. "Qarabağ" – "Qəbələ" Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov. VAR: Cavid Cəlilov, Kamran Bayramov. Hakim-inspektor: Anar Salmanov. "Azersun Arena".
27 sentyabr
15:30. "Şamaxı" – "Araz-Naxçıvan" Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov. VAR: Rəvan Həmzəzadə, AVAR: Eyyub İbrahimov. Hakim-inspektor: Ceyhun Haşımov. Şamaxı şəhər stadionu.
19:00. "Neftçi" – "Karvan-Yevlax" Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı. VAR: Fərid Hacıyev, Vüqar Həsənli. Hakim-inspektor: Babək Quliyev. "Neftçi Arena".
28 sentyabr
16:30. "Turan Tovuz" – "Kəpəz" Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli. VAR: Kamal Umudlu, Kamran Əliyev. Hakim-inspektor: İmanxan Sultani. "Azersun Arena".
19:00. "Sabah" – "Sumqayıt" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev. VAR: Nicat İsmayıllı, Pərvin Talıbov. Hakim-inspektor: Ramil Diniyev. "Bank Respublika Arena".