Türkiyə millisində böhran - Gənc qapıçı karyerasını təhlükəyə atdı

Türkiyə millisində böhran - Gənc qapıçı karyerasını təhlükəyə atdı

Türkiyə millisində gərginlik yaşanıb.

Fanat.Az xəbər verir ki, Bolqarıstanla qarşılaşma öncəsi açıqlanan 23 nəfərlik heyətdə yer almayan qapıçı Berke Özer cəzalı Barış Alper Yılmaz ilə birlikdə oyunu tribunadan izləyib.

Gənc qapıçının heyətə salınmamasına görə narazı qaldığı bildirilir.

Sofiyadan dönüş zamanı isə hadisələr daha da böyüyüb. Məlumata görə, saat 04:00 radələrində Rivadakı Hasan Doğan Milli Takımlar Tesislerinə gələn Berke Özer təxminən 15 dəqiqə sonra heç kimə xəbər vermədən oradan ayrılıb. 

Təhlükəsizlik əməkdaşları bu vəziyyəti dərhal milli komandanın rəhbərliyinə çatdırıb. Maraqlısı odur ki, Berkenin ayrılmasından hətta iki qapıçılar məşqçisinin belə xəbəri olmayıb.

Bu davranışına görə Berke Özerin “Milli müsabiqəyə qatılmamaq” maddəsinə əsasən Peşəkar Futbol Disiplin Qurumuna göndəriləcəyi bildirilib. Qaydalara görə, “rəsmi və ya xüsusi milli oyunlara və ya hazırlıqlara əsaslı səbəb olmadan qatılmayan, məşqləri və oyunları icazəsiz tərk edən futbolçulara 2 aydan 1 ilə qədər cəza” verilə bilər.

Beləliklə, gənc qapıçını milli komandadan uzunmüddətli uzaqlaşdırma cəzası gözləyir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər