Ter Ştegen üçün Premyer Liqa savaşı

Ter Ştegen üçün Premyer Liqa savaşı

Mark-Andre ter Ştegen üçün "Mançester Yunayted", "Tottenhem" və "Nyukasl Yunayted" arasında ciddi rəqabət yaranıb.

Fanat.Az xəbər verir ki, “Barselona” isə artıq bu təklifi dəyərləndirməyə hazırdır. Klubun maliyyə vəziyyəti səbəbindən, rəhbərlik sərfəli bir təklif gəldiyi halda alman qapıçını satmağa razıdır.  

Məlumata görə, "Kataloniyalılar" kiperi 60-70 milyon avro civarında bir təklif qarşılığında gözdən çıxara bilər.

Ter Ştegenin “Barselona” dövrü

  • 2014-cü ildən klubdadır
  • 400-dən çox rəsmi oyun
  • 5x La Liqa
  • 5x İspaniya Kuboku
  • 1x UEFA Çempionlar Liqası (2015)

“Barselona” yeni nəsil qapıçılara yönəlmək istəyir və Ter Ştegenin satışı həm maliyyə feyr-pley tələblərini qarşılamaq, həm də transfer büdcəsini artırmaq baxımından klub üçün vacib addım ola bilər.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər