Türkiyə Super Liqasında 14-cü tur başa çatıb.
Fanat.Az xəbər verir ki, bu gün 2 oyun baş tutub.
“Samsunspor” evdə “Alanyaspor”la heç-heçə edibsə, “Fənərbağça” “Qalatasaray” derbisində tərəflər hərəyə 1 dəfə fərqlənib.
Türkiyə Super Liqası 14-cü tur 28 noyabr
Kocaelispor – Gənclərbirliyi 1:0 Qol: S.Dursun, 24.
29 noyabr
Rizəspor – Kayserispor 0:1 Qol: Benes, 57.
Qaziantep – Eyüpspor 1:2 Qollar: Boatenq, 90+6 – U.Bozok, 10-pen. H.Akbunar, 88.
Kasımpaşa – Başakşəhər 1:3 Qollar: Arus, 79 – A.Fayzullayev, 26. A.Harit, 45+4. Şomurodov, 90+7.
Trabzonspor – Konyaspor 3:1 Qollar: Onuaçu, 43; 50. Muçi, 56 – O.Yokuşlu, 18-öz qapısına.
30 noyabr
Antalyaspor – Göztəpə 1:2 Qollar: V.Sarı, 40 – T.Altıkardeş, 48. J.Santos, 52.
Karagümrük – Beşiktaş 0:2 Qollar: J.Silva, 41. Ture, 71.
1 dekabr
Fənərbağça – Qalatasaray 1:1 Qollar: C.Duran, 90+5 - L.Sane, 27.
Samsunspor – Alanyaspor 1:1
Qollar: A.Musaba, 15. - G.Yalçın, 90+1.