Spalletti "Yuventus"un tarixinə düşdü

Spalletti "Yuventus"un tarixinə düşdü

“Yuventus”un baş məşqçisi təyin olunan Luçano Spalletti klubun tarixinə düşüb.

Fanat.Az xəbər verir ki, 66 yaşlı mütəxəssis Turin nəhənginin tarixində ən yaşlı məşqçi olub. 

Məlumatı “Football-Italia” yayıb. Mənbənin hesablamasına görə, bundan əvvəlki rekordçu digər italiyalı məşqçi Mauritsio Sarri idi.

Spalletti "ağ-qaralar"la gələn yaya qədər müddətə müqavilə imzalayıb.

"Yuventus" hazırda 15 xalla A Seriyasının turnir cədvəlində 7-ci yerdədir. Turin klubu birinci pillədəki "Napoli"dən 6 xal geri qalır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər