“Səbail”lə “Zirə” ölkə kubokunun 1/4 finalında!

“Səbail”lə “Zirə” ölkə kubokunun 1/4 finalında!

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, hər iki qarşılaşma paytaxtda baş tutub.

Əvvəlcə "Səbail" ötən mövsüm elitada qalmaq uğrunda əsas rəqibi olan, hazırda Birinci Liqada mübarizə aparan "Şamaxı"nı sınağa çəkib. 6 cavabsız qolla qalib gələn elita təmsilçisi mərhələ adlayan tərəf olub. 

Bu gün baş tutan digər qarşılaşmada isə Premyer Liqa təmsilçiləri münasibətlərinə aydınlıq gətiriblər. "Zirə" çempionatda ötən həftə üzləşdiyi və məğlub olduğu "Turan Tovuz"dan qisas almağa, bununla yanaşı kubokda yoluna davam etməyə çalışıb. Bu oyunda da hesabı tovuzlular açıblar. Amma yekunda zirəlilər əzmkar qələbəyə sevinmələ mərhələ adlayıblar.

Qeyd edək ki, "Araz-Naxçıvan", "Qəbələ", "Sumqayıt" və "Sabah" 1/4 finala vəsiqə qazanıblar. Kubokda daha iki görüş sabah ("Neftçi" - "Qaradağ Lökbatan" və “Qarabağ” - MOİK) keçiriləcək.

Azərbaycan kuboku 1/8 final 20 dekabr

“Səbail” – “Şamaxı” 6:0  Qol: Amil Yunanov, 23-pen, 45. Pedro Nuno, 50. Rüfət Abdullazadə, 56, 80. Adi Mehremiç, 90+2.

Səbail: 1. Səlahət Ağayev, 9. Amil Yunanov, 5. Adil Nağıyev (k), 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 44. Yadin Luqasi Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev, 11. Rüfət Abdullazadə, 48. Ayaz Mikayılov, 42. Adəm Topalov, 62. Zaman Zamanlı, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah Baş məşqçi: Şahin Diniyev

Şamaxı: 1. Əkpər Vəliyev, 77. İbrahim Aslanlı, 21. Abbas Ağazadə, 80. Zahid Mərdanov, 4. Kənan Quliyev, 13. Ramin Əhmədov (k), 44. Salman Ələsgərov, 97. Elşad Tağıyev, 11. Samir Məhərrəmli, 74. Süleyman Damadayev, 9. Qurban Səfərov Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 22. Sahib Həsənov, 17. Elçin Rəhimli, 23. Rövşən Şahmuradov, 7. Emil Qasımov, 20. Əli Mürsəlov, 99. Cəlal Cəbrayılov, 56. Samir Ağayev, 72. Xəyyam Hüseynov, 88. Elçin Qasımov, 3. Əbil Əbilov, 8. Edqar Adilxanov Baş məşqçi: Ramiz Məmmədov

Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Zöhrab Abbasov, Rövşən Rəcəbov Hakim-inspektor: Barış Şimşek AFFA nümayəndəsi: Bəhram Qurbanov “ASCO Arena”

“Zirə” – “Turan Tovuz” 2:1 Qollar: Filipe Paxtman, 82. Rüstəm Əhmədzadə, 88 - Otto Con, 4. “Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma. Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 5. Stefan Aka, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 7. Filipe Paxtman. Baş məşqçi: Rəşad Sadıqov. “Turan Tovuz”: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 80. Otto Con, 11. Ayxan Quseynov. Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 13. Aydın Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 79. Martin Petkov. Baş məşqçi: Ayxan Abbasov.

Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə Hakim-inspektor: Gülağa Cabarov AFFA nümayəndəsi: Seymur Səlimli Zirə İdman Kompleksinin stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər