Samir Abasov "Zirə"dəki gələcəyinə aydınlıq gətirdi

Samir Abasov "Zirə"dəki gələcəyinə aydınlıq gətirdi

"Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

 

 

Fanat.Az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

"Formal xarakter daşıyan oyun idi. Yaxşı ki, udduq. Bu il bizim üçün çətin keçdi. Kubokda uduzduq, çempionatda da istədiyimiz yerə gəlib çıxa bilmədik. Gələcək üçün yaxşı komanda hazırlamalıyıq.

Abasov rəhbərliklə danışdığını və komandada qalacağını söyləyib: "Rəhbərliklə ilkin danışığımız olub. Qalacam. Bir də görüşümüz olacaq. Çox şeyi müzakirə edəcəyik”.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər