Salahın "Qalatasaray"la oyunda start heyətində yer almamasının səbəbi açıqlandı

Salahın "Qalatasaray"la oyunda start heyətində yer almamasının səbəbi açıqlandı

"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasında Türkiyənin "Qalatasaray" komandası ilə matçda meydana sonradan çıxan misirli forvard Məhəmməd Salahın niyə ehtiyatda qalması ilə bağlı suala aydınlıq gətirib. 

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis bununla bağlı "The Athletic"-ə belə deyib:

"Qarşıda "Çelsi" ilə çox vacib Premyer Liqa matçı var. Həmin oyunda optimal heyətdən istifadə etməliyəm. Buna görə rotasiya etmək istədim. Əsas oyunçular da ehtiyat oyunçular skamyasında qala bilər, bunda qəbahət yoxdur. Bir çox oyunlarımızda ehtiyat oyunçular skamyasından meydana daxil olan futbolçular matça böyük təsir göstəriblər. Bu dəfə alınmadı". 

Xatırladaq ki, misirli futbolçu ikinci hissədə, 62-ci dəqiqədə oyuna daxil olub. "Liverpul" səfərdə "Qalatasaray"a 0:1 hesabı ilə uduzub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər