Rusiya nəhəngi Xaviyə elçi düşdü - İspaniyalının cavabı nə oldu?

Rusiya nəhəngi Xaviyə elçi düşdü - İspaniyalının cavabı nə oldu?

Moskva "Spartak"ı Deyan Stankoviçi istefaya göndərərək "Barselona"nın sabiq çalışdırıcısı Xavini baş məşqçi təyin etməyi düşünüb. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Metaratings" yayıb. 

Mənbənin məlumatına görə, paytaxt klubu 45 yaşlı mütəxəssislə əlaqə saxlasa da, ispaniyalı Rusiyada işləməkdən imtina edib. 

Xatırladaq ki, Xavinin son klubu 2023-cü ilin yayında işbirliyinə son qoyduğu “Barselona” olub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər