Portuqaliya millisində Kriştianu Ronaldu ilə baş məşqçi Jorje Jezuş arasında yaranan gərginliklə bağlı yeni məlumatlar dərc edilib. Fanat.Az xəbər verir ki, informasiyanı "A Bola" yayıb. Ronaldu UEFA Millətlər Liqasında Norveçi 2:1 hesabı ilə yendikləri oyunda ehtiyatda qalıb. Jezuş əvvəlcə futbolçunu ikinci hissədə oyuna buraxmağı planlaşdırdığını desə də, sonradan bu qərarından vaz keçib. Ronaldu isə isinmə hərəkətləri etməsinə baxmayaraq, meydana çıxmayıb. Portuqaliya mətbuatının məlumatına görə, bu hadisədən sonra forvard ilə baş məşqçi arasında narazılıq yaranıb. Kriştianu oyundan sonra komanda yoldaşlarının azarkeşlərlə görüşünə qoşulmayaraq birbaşa paltardəyişmə otağına yollanıb. Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensa vəziyyəti müzakirə etmək üçün Kopenhagenə gedib. Daha sonra Ronaldu ilə Jezuş arasında görüş keçirilib. Söhbətin müsbət nəticələndiyi, tərəflərin qarşıdakı oyunlara kökləndiyi bildirilib. Qeyd edək ki, Kriştianu Norveçlə matçda meydana çıxmadığı üçün 2008-ci ildən bəri ilk dəfə millinin rəsmi oyununda iştirak etməyib. Əlisahib İbrahimli
Ronaldu ilə Jezuş arasında gərginlik
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev