Rodriqo "Real Madrid"də antirekordu təkrarladı

Rodriqo "Real Madrid"də antirekordu təkrarladı

“Real Madrid”in braziliyalı hücumçusu Rodriqo çıxış etdiyi son 30 oyunda rəqib qapısından top keçirə bilməyib.

Fanat.Az xəbər verir ki, 23 yaşlı futbolçu bununla klubun 130 illik tarixindəki ən uzun qol vura bilməmə seriyasının sahibi Mariano Diaza (30 oyun) çatıb.

Madrid nəhənginin hücum xəttində bu mövsüm mövqe mübarizəsində uduzan Rodriqonun qışda klubdan ayrılması gündəmdədir.

Onunla İngiltərə Premyer Liqası təmsilçilərinin yaxından maraqlandığı bildirilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər