Region Liqası təxirə salındı - AÇIQLAMA

Region Liqası təxirə salındı - AÇIQLAMA

Region Liqasının yeni mövsümün startı təxirə salınıb.

Bunu Fanat.Az-a açıqlamasında AFFA-nın Liqaların Təşkili Şöbəsinin rəisi Qabil Nəcəfov deyib:

"Püşkatma mərasimini oktyabrın 7-də təşkil etməyi planlaşdırırdıq. Amma müəyyən təşkilati səbəblərdən tədbir dünən baş tutmadı. Buna həm biz tərəfdən təşkilati nüanslar, həm də iştirakçı komandaların hazırlığı ilə bağlı məqamlardakı yubanma səbəb oldu. Püşkatmanın tarixi ilə bağlı öncədən məlumat veriləcək. Onu deyə bilərəm ki, tədbir bu həftə baş tutmayacaq. Çox güman, gələn həftə püşkatmanı keçirəcəyik. Ardınca da yarışa start veriləcək". 

Qeyd edək ki, ötən mövsüm Region Liqasında 54 komanda mübarizə aparıb. "Xankəndi" komandası bütün rəqiblərini qabaqlayaraq çempion olub və 2-ci Liqaya vəsiqə əldə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər