“Barselona”nın braziliyalı futbolçusu Rafinya üçün dörd klub hərəkətə keçib. Fanat.Az xəbər verir ki, məlumatı “Globo Esporte” yayıb. Bildirilir ki, 29 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsinin yenilənməsi prosesi davam edir. Rafinya komandada qalmaq istəyir. Lakin onun bu mövsümkü çıxışı Avropanın və Səudiyyə Ərəbistanının bir sıra klublarının diqqətini çəkib. Mənbənin məlumatına görə, “Mançester Yunayted”, “Arsenal”, “Çelsi” və “Əl-Hilal” Rafinyanı transfer etmək istəyən klublar sırasındadır. Bu komandaların braziliyalı futbolçunu “Barselona”dan ayırmaq üçün yüksək maliyyə təklifləri hazırladığı qeyd olunur. Bununla belə, Rafinyanın “Barselona”da qalmaq istədiyi və klub rəhbərliyinin onunla yeni müqaviləni yaxın zamanda rəsmiləşdirməyə çalışdığı bildirilir. Əlisahib İbrahimli
Rafinya ilə 3 İngiltərə nəhəngi və bu klub maraqlanır
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev