Qvardiola Holandı Messi və Ronaldu ilə müqayisə etdi

Qvardiola Holandı Messi və Ronaldu ilə müqayisə etdi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hücumçusu Erlinq Holandı superulduzlar Kriştianu Ronaldu və Lionel Messi ilə müqayisə edib. 

Fanat.Az xəbər verir ki, "Hayters TV" ispaniyalı mütəxəssisin dediklərini belə çatdırıb: 

"Vurduğu qolların sayına görə, o, Ronaldu və Messi ilə müqayisə edilə bilər. Erlinq hətta onun yaşında onlardan daha çox qol vurmuş ola bilər. Ancaq mövsüm hələ bu yaxınlarda başlayıb və hazırkı tempi saxlamaq vacibdir. Cəmi iki aydır. Messi və Ronaldu 15-20 ildir ki, hər mövsüm bunu edirlər. Holand hələ gəncdir, amma qol vurmaq baxımından həqiqətən də onlarla eyni səviyyədədir". 

25 yaşlı futbolçu bu mövsüm "şəhərlilər"in heyətində 7 oyunda 9 qol vurub. 

“Mançester Siti” oktyabrın 1-də Çempionlar Liqasında “Monako” ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər