Qvardilola əfsanəvi Ferqyusona aid rekordu yenilədi

Qvardilola əfsanəvi Ferqyusona aid rekordu yenilədi

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqada daha bir rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.

Mənbənin hesablamasına görə, ispaniyalı çalışdırıcı Premyer Liqa tarixinə 250 qələbə həddinə ən erkən çatan mütəxəssis kimi düşüb. Bunun üçün ona cəmi 349 matç lazım olub. Bu müddətdə Qvardiola 49 məğlubiyyət və 50 heç-heçə ilə üzləşib.

Əvvəllər bu rekord ser Aleks Ferqyusona məxsus idi. “Mançester Yunayted”in əfsanəvi keçmiş baş məşqçisi 404 oyunda bu qədər qələbə qazanıb. Reytinqdə sonrakı yerdə 423 matçda 250 qələbə qazanan əfsanəvi Arsen Vengerdir.

Xatırladaq ki, Qvardiola üçün tarixi olan matçda "şəhərlilər" "Brentford"a 1:0 hesabı ilə qalib gəlib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər