Qurban Qurbanov 800-ə çatdı

Qurban Qurbanov 800-ə çatdı

Qurban Qurbanov "Qarabağ"ın baş məşqçisi kimi 800-cü oyununu keçirib.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir kİ, bu, Misli Premyer Liqasının XIII turuna təsadüf edib.

"Karvan-Yevlax"la ev qarşılaşması (2:0) mütəxəssis üçün yubileylə əlamətdar olub. 2008-ci ilin yayından Ağdam klubunu çalışdıran Qurbanovun komandası bu müddətdə 467 qələbə qazanıb, 185 heç-heçə edib və 148 dəfə uduzub. Bu oyunlarda 1375 qol vuran Ağdam klubu 631 top buraxıb.

Qurbanovun "Qarabağ"a rəhbərlik etdiyi 17 ildə komanda Premyer Liqada 538, kubokda 75, avrokuboklarda 187 matça çıxıb.

Qeyd edək ki, baş məşqçi "Qarabağ"da 2008-ci il avqustun 9-da debüt edib. Premyer Liqanın "Bakılı" ilə görüşündə onun yetirmələri 2:1 hesablı qələbə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər