"Uğursuz seriyaya son vermək istəyirdik" -Azər Bağırov

"Uğursuz seriyaya son vermək istəyirdik" -Azər Bağırov

"Kəpəz" Misli Premyer Liqasının 7-ci turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.

Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçiriləcək mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ"la qarşılaşmağımıza baxmayaraq uğursuz seriyaya son vermək istəyirdik. Uşaqlara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Səhvləri minimuma endirmək üçün çalışmaq lazımdır. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram.

- Çox çətin durumda olan komandaya gəldiniz. Bu vəziyyətdən çıxacağınıza inanırsınız?

- İnanıram. Azarkeşlərimiz, futbolçular, hamımız istəyirik ki, Gəncədə böyük futbol yaşasın. Nə bacarırıqsa, onu da edəcəyik. Əvvəlki oyunlara nisbətən bu gün daha çox emosiya və istək var idi. Bunu artırıb istəyimizə çatmaq istəyirik.

- Komandanın oyununda irəliləyiş hiss olunur. Üç gün ərzində nəyi dəyişə bildiniz?

- Məğlubiyyətlər futbolçularda psixoloji durumu aşağı salmışdı. Oyunçuların hər biri ilə ayrı-ayrılıqda danışmışıq, motivasiya vermişik. Bəlkə də bunun nəticəsidir.

- Qarşıda milli fasilə gəlir. Bu, sizin üçün yaxşı fürsət ola bilər?

- Əslində yoxlama oyunu keçirmək planımız var idi. Komandanın bütün oyunlarına baxmışıq. Həm fiziki durumla, həm də taktiki cəhətdən çox işimiz var. Yoxlama oyunu keçirməklə bağlı yaxın günlərdə qərar verəcəyik.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər