“Trabzonspor”un hücumçusu Paul Onaçu möhtəşəm fiziki qabiliyyəti ilə yeni rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, “Fatih Karagümrük”lə keçirilən oyunda ulduz forvard akrobatik tullanışla vurduğu zərbə zamanı 2.41 sm hündürlüyə qalxıb.
Bu nəticə ilə Onaçu, “Real Madrid” forması ilə “Yuventus”a qarşı matçda 2.38 sm hündürlüyə qalxaraq möhtəşəm qol vuran Kriştianu Ronaldonu geridə qoydu.
Beləliklə, nigeriyalı hücumçu futbol tarixinin ən yüksək hava duelində qol vuran oyunçusu kimi yaddaşlarda qalacaq.
Kamil Xudiyev