"Sloveniyalı hakim məndən üzr istədi" - Robin van Persi

"Sloveniyalı hakim məndən üzr istədi" - Robin van Persi

"Feyenoord" ötən axşam Rotterdamda baş tutan UEFA Avropa Liqası matçında "Aston Villa"ya 0:2 hesabı ilə məğlub olub. 

Fanat.Az xəbər verir ki, görüşü şərh edən Niderland təmsilçisinin baş məşqçisi Robin van Persi hakimin ondan üzr istədiyini deyib. 

 "BBC Sport" onun dediklərini belə təqdim edib:

"Düşünürəm ki, komanda bu görüşdə daha çox şeyə layiq idi. Odur ki, 0:2 hesabı mənə ağır gəlir. Qələbə qazanmaq istəyi nümayiş etdirməyimizdən razı qaldım. İcazə verilməyən qol? Fikrimcə, hakim səhv qərar verdi. Bu, düzgün qol idi. Sloveniyalı hakim sonradan məndən üzr istədi". 

Rotterdamlılar AL-də keçirdiyi iki oyunda xal qazana bilməyib və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər