"Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior klub rəhbərliyindən məyusedici siqnal alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Diario Sport" yayıb.
Mənbənin məlumatına görə, klub Vinisiusa xəbərdarlıq edib ki, tezliklə yeni müqaviləyə razılıq verməsə, yay transfer pəncərəsində satılacaq. Futbolçunun hətta yanvarda klubu tərk edə biləcəyi bildirilir.
25 yaşlı Vinisius bu mövsüm bütün yarışlarda 10 matça çıxaraq 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Braziliyalının "Kral Klubu" ilə hazırkı müqaviləsinin şüddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir.
Mirağa