"Real Madrid"in prezidentindən Joze Mourinyuya qalmaqallı mesaj

"Real Madrid"in prezidentindən Joze Mourinyuya qalmaqallı mesaj

Portuqaliyalı məşqçi Joze Mourinyu maraqlı açıqlaması ilə gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, mütəxəssisin açıqlamasına görə,  “Real Madrid”in prezidenti Florentino Perez onu şəxsi mesajla təbrik edib:

“Benfika ilə anlaşdıqdan sonra Florentino Perez mənə mesaj göndərərək ‘Sənin səviyyəndəki bir kluba qayıtdığın üçün çox xoşbəxtəm’ dedi.”

Bu açıqlama "Fənərbağça" azarkeşləri arasında yaxşı qarşılanmayıb. Perezin "Fənərbağça"nı Mourinyunun səviyyəsi altında bir klub kimi gördüyü iddia olunur.

Xatırladaq ki, Mourinyu karyerasının əvvəlində də qısa müddət “Benfika”nı çalışdırmış, indi isə uzun illərdən sonra yenidən Portuqaliya nəhənginə qayıdıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər