"Real Madrid" 1/8-ə darmadağınla yüksəldi

"Real Madrid" 1/8-ə darmadağınla yüksəldi

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, 3-cü turun son oyunları H qrupunda baş tutub. 

"Real Madrid" Avstriyanın "Zaltsburq" klubunu 3:0 hesabı ilə məğlub edib. İspaniya nəhənginin qollarını 40-cı dəqiqədə Vinisius Junior, 45+3-də Federiko Valverde, 84-də Qonsalo Qarsiya vurub.

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal" isə Meksika "Paçuka"sından üstün olub - 2:0. Simeone İnzaqinin baş məşqçisi olduğu komandanın qollarına 22-ci dəqiqədə Salem Al Dausari və 90+5-də Markos Leandro imza atıblar. 

Beləliklə, "Real Madrid" 7, "Əl Hilal" isə 5 xalla qrupda ilk pillələri tutaraq, pley-off mərhələsinə yüksəliblər. "Zaltsburq" (4) və "Paçuka" (0) isə mübarizəni dayandırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər