"Qalatasaray" şərhçini məhkəməyə verir

"Qalatasaray" şərhçini məhkəməyə verir

"Qalatasaray" sabiq hakim, hazırda futbol şərhçisi qismində fəaliyyət göstərən Ahmet Çakara qarşı hüquqi addım atmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, klub Çakarın televiziya verilişində səsləndirdiyi “Osimhenin gizlədilən bir narahatlığı var” fikirlərini şəxsi hörməti ləkələyən və klubun imicinə zərər verən bəyanat kimi qiymətləndirib.

Tanınmış jurnalist Ali Naci Küçükün məlumatına görə, “Qalatasaray” rəhbərliyi bu açıqlamalardan sonra hərəkətə keçib və Ahmet bəyə qarşı 75 milyon avro məbləğində təzminat davası açmağa qərar verib.

Klubun hüquq şöbəsi məsələni ciddi şəkildə araşdırır. İddianın həm şəxsi böhtan, həm də kommersiya dəyərinə zərər vurmaq istiqamətində qaldırılacaq.

Xəbərə görə, “Qalatasaray” rəhbərliyi belə bəyanatların transfer bazarında klubun imicinə mənfi təsir etdiyini və Osimhen kimi oyunçuların adaptasiya prosesinə zərbə vurduğunu düşünür.

Çakar isə hələlik məsələ ilə bağlı ictimai açıqlama verməyib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər