UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirilən "Qalatasaray" – "Liverpul" qarşılaşmasında İstanbul təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, bu nəticə həm “cim-bom”, həm də “qırmızılar” üçün önəmli statistik “ilk”lərlə yadda qaldı.
"Qalatasaray" üçün ilk:
"Sarı-qırmızılar" düz 2 ildən sonra Çempionlar Liqasında qapısını toxunulmaz saxlayaraq qələbə qazandı. Sonuncu belə nəticə “Olimpik Lyublyana” ilə oyunda qeydə alınmışdı.
"Liverpul" üçün ilk:
Arne Slotun komandası isə düz 6 ay sonra ilk dəfə Çempionlar Liqası oyununda qol vura bilmədi. “Qırmızılar” sonuncu dəfə PSJ ilə oyunda quru nəticə göstərmişdi.
Kamil Xudiyev