"Qalatasaray"ın bu mövsüm parlaq çıxışı ilə diqqət mərkəzinə düşən Vilfrid Sinqonu hansı qiymətə sata biləcəyi bəllidir.
Fanat.Az xəbər verir ki, "Cim-Bom" yay transfer pəncərəsində 30 milyon avroya transfer etdiyi arxa xətt oyunçusu ilə daha yüksək məbləğ qarşısında vidalaşa bilər.
"Sarı-qırmızılar" 24 yaşlı müdafiəçini 50 milyon avrodan aşağı qiymətə buraxmaq niyyətində deyil.
Bu barədə məlumatı tanınmış jurnalist Mehmet Özcan yayıb.
Qeyd edək ki, bu mövsüm "aslanlar"ın heyətində 7 matçda iştirak edən Fildişi Sahilindən olan Sinqo məhsuldar göstəricilərlə yadda qalmayıb.
Kamil Xudiyev