"Milan" altıqat İngiltərə çempionu ilə müqavilə imzaladı - RƏSMİ

"Milan" altıqat İngiltərə çempionu ilə müqavilə imzaladı - RƏSMİ

"Milan" klubu "Mançester Siti"dən Kayl Uokeri transfer etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, İtaliya nəhəngi 34 yaşlı futbolçunu sonradan almaq imkanı ilə mövsümün sonuna qədər icarəyə götürüb. 

"Milan" altıqat İngiltərə çempionu ilə müqavilə imzaladı - RƏSMİ

Təcrübəli müdafiəçi 32 nömrəli formada çıxış edəcək. 

Uoker 2017-ci ildən "Siti"də çıxış edir. O, 7 il ərzində "şəhərlilər"in heyətində 319 matç keçirib və 6 qol, 23 məhsuldar ötürmə ilə yadda qalıb.

İngilis futbolçunun bazar dəyəri 10 milyon avrodur.

O, 6 dəfə Premyer Liqa çempionu, 2023-cü ildə Çempionlar Liqasının qalibi və iki dəfə Avropa Çempionatının finalçısı olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər