"MDB oyunlarına görə bu bölgədə oyunlar bir-iki həftə yubanacaq"

"MDB oyunlarına görə bu bölgədə oyunlar bir-iki həftə yubanacaq"

AFFA-nın təşkil etdiyi aşağı yaş qrupu üzrə bəzi liqalarda 2025/2026 mövsümü gec başlayacaq. 

Bunu Fanat.Az-a açıqlamasında AFFA-nın Liqaların Təşkili Şöbəsinin rəisi Qabil Nəcəfov deyib:

"Bu həftəsonu aşağı yaş qrupları üzrə bəzi liqalarda oyunlara start veriləcək. Ancaq heç də hamısında oyun olmayacaq. Bəzi liqalarda yubanma ölkəmizdə keçirilən III MDB oyunları ilə bağlıdır. Xüsusilə Gəncə zonası üzrə ləngimə olacaq. Həmin liqalarda oyunlar da bir-iki həftə sonra başlayacaq.

Reqlamentdəki dəyişikliyə görə, ötən mövsüm U-10, U-11, U-12, U-13 və U-14 liqalarında Bakı və Abşeron zonalarında iştirak edən komandalar cari mövsümdə birləşdirilərək “Bakı zonası” adı altında mübarizə aparacaqlar. U-10, U-11 və U-12 liqaları 3 qrupda, U-13 liqası 4, U-14 liqası isə 2 qrupda yarışacaqlar". 

Qeyd edək ki, AFFA U-15, U-16, U-17 və Gənclər liqası oyunları 3 həftədir başlayıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər