"Mançester Yunayted"də qənaət dövrü başladı - Geyimləri futbolçular özləri yuyacaq

"Mançester Yunayted"də qənaət dövrü başladı - Geyimləri futbolçular özləri yuyacaq

İngiltərə nəhəngi "Mançester Yunayted" iqtisadi vəziyyətinə görə gözlənilməz qənaət tədbirləri görməyə başlayıb.

Fanat.Az xəbər verir ki, klubun həm uşaq komandaları, həm də inzibati heyət üçün qəbul etdiyi yeni qərar sosial mediada böyük müzakirə yaradıb.

İddialara görə, MY-nin U-13 komandası "Everton"la oyuna kifayət qədər şort və idman corab olmadan çıxıb. Gənc oyunçuların matça "Everton" futbolçularından corab və şort alaraq matça çıxdığı bildirilir.

Bundan əlavə, "The Athletic"in xəbərinə görə, klub rəhbərliyi yeni xərcazaldıcı tədbir həyata keçirib. Qərar belədir:

“Ruben Amorim, onun köməkçiləri və əsas komanda futbolçuları istisna olmaqla, bütün digər işçilər - akademiya məşqçiləri, gənc oyunçular və inzibati heyət - geyindikləri forma, şort, corab, məşq geyimlərini evdə özləri yuyub gətirəcəklər.”

Bu qərarın məqsədi klubun illik təmizlik və avadanlıq xərclərini azaltmaqdır. Lakin sosial mediada azarkeşlər bu addımı “dünyanın ən zəngin klublarından biri üçün utancverici vəziyyət” adlandırıblar.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər