"Liverpul" Niko Uiliyams üçün hərəkətə keçdi

"Liverpul" Niko Uiliyams üçün hərəkətə keçdi

“Liverpul” qış transfer pəncərəsi üçün ciddi hədəf müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, “qırmızılar” “Atletik Bilbao” klubunun gənc ulduzu Niko Uilyamsın transferi üçün hərəkətə keçib.

İddiaya görə, İngiltərə nəhəngi 22 yaşlı ispaniyalı vinger üçün 80 milyon avro təklif etməyə hazırdır. Klub rəhbərliyi Uilyamsı mövsümün ikinci yarısında hücum xəttinə dinamizm qatacaq əsas transfer hədəfi kimi görür.

Gənc futbolçu bu mövsüm “Atletik Bilbao” forması ilə 4 oyuna çıxaraq 1 qol və 1 asist göstəricisi ilə diqqət mərkəzinə düşüb. Onun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər