"Liverpul" fransalı ulduzun izində

"Liverpul" fransalı ulduzun izində

“Liverpool” növbəti transfer hədəfini müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, ingiltərə nəhəngi “Bayern Münhen”də çıxış edən Dayot Upamekano ilə maraqlanır.

Bu barədə məlumatı Almaniyanın "Sport Bild" nəşri yayıb.

Mersisayd təmsilçisi fransalı müdafiəçinin transferi ilə komandadakı boşluğu doldurmağı planlaşdırır.

Belə ki, “qırmızılar” 2026-cı ildə müqaviləsi başa çatacaq İbrahima Konatenin yerinə Upamekanonu əsas namizəd kimi görür.

Qeyd edək ki, 26 yaşlı futbolçunun transfer dəyəri 50 milyon avro olaraq dəyərləndirilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər