"Liverpul" Aston Villanın gənc ulduzunu transfer etmək istəyir

"Liverpul" Aston Villanın gənc ulduzunu transfer etmək istəyir

“Liverpul” rəhbərliyi qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, “qırmızılar” “Aston Villa”nın istedadlı futbolçusu Morqan Rocersi heyətinə qatmaq istəyir.

Mersisayd təmsilçisinin baş məşqçisi Arne Slot 21 yaşlı futbolçunun texniki bacarığını və çevik oyun tərzini bəyənir. “Liverpul”un yaxın günlərdə “Aston Villa” ilə rəsmi danışıqlara başlaması gözlənilir.

Morqan Rocers bu mövsüm Premyer Liqada göstərdiyi çıxışla diqqət mərkəzinə düşüb və artıq bir neçə Avropa klubunun transfer siyahısına daxil edilib.

Sözügedən futbolçu bu mövsüm klubunun heyətində çıxdığı 10 matçda 2 asistlə fərqlənməyi bacarıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər