"Komandada ciddi dəyişiklik olmayacaq" - Adil Şükürov

"Komandada ciddi dəyişiklik olmayacaq" - Adil Şükürov

I Liqa təmsilçisi "Səbail"in yeni baş məşqçisi Adil Şükürov komandada ciddi dəyişiklik etməyəcək. 

Bunu Fanat.Az-a açıqlamasında 48 yaşlı mütəxəssis özü deyib: 

"Artıq komandanı bir neçə məşqə çıxarmışam. Deyə bilərəm ki, yaxşı heyətimiz var. Futbolçuların səviyyəsindən, komandanın keyfiyyətindən razıyam. Heç bir ciddi dəyişikliyə ehtiyac yoxdur. Görülən işi davam etdirməli, futbolçuların performansını artırmaq lazımdır. Bu gün üçün heyətin gücləndirilməsinə də ehtiyac görmürəm. Qış fasiləsinə kimi 3 oyunumuz var. Bu görüşlərdən sonra fikrimi qətiləşdirəcəyəm. Vacib olarsa, rəhbərliyə hansısa mövqeyə transferlə bağlı təklifimi verə bilərəm. Komandama, həmişə bir yerdə çalışdığımız İlyas Qurbanov, Elmir Hüseynov və gənc qapıçı-məşqçisi Elxan Əhmədovdan ibarət məşqçi korpusuma inanıram". 

Qeyd edək ki, "Səbail" birinci dövrədən sonra 18 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider "Şəfa"dan 5 xal geri qalır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər