"Holandın topa toxunmasına imkan verməyəcəyik"

"Holandın topa toxunmasına imkan verməyəcəyik"

"Vilyarreal"ın baş məşqçisi Marselinyo Çempionlar Liqasında İngiltərənin "Mançester Siti" ilə keçirəcəkləri oyun haqda danışıb. 

Fanat.Az xəbər verir ki, AP İspaniya klubununun çalışdırıcısının fikirlərini belə təqdim edib:

"Hər kəs "Siti"nin ulduzu Erlinq Holandın qol seriyasının bitəcəyinə ümid edir. Futbolçularım dünyanın ən yaxşılarına qarşı ən yaxşı oyunlarından birini keçirmək istəyirlər, çünki bu, onların böyüməsinə kömək edəcək. Biz Holandın topa çox toxunmasına imkan verməməyə çalışacağıq. Ümid edirik ki, Erlinq bu oyunu qolsuz başa vuracaq". 

Xatırladaq ki, Çempionlar Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Vilyarreal” – “Mançester Siti” matçı bu gün saat 23:00-da başlayacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər