"Fiorentina"da kabus kimi mövsüm - Edin Ceko azarkeşlərə çağırış etdi

"Fiorentina"da kabus kimi mövsüm - Edin Ceko azarkeşlərə çağırış etdi

"Fiorentina" bu mövsüm uğursuz çıxışla diqqət çəkir.

Fanat.Az xəbər verir ki, A Seriyasında indiyədək keçirdikləri 13 oyunda 6 heç-heçə və 7 məğlubiyyətlə yadda qalan komanda turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.

Florensiya təmsilçisinin mövcud vəziyyəti fonunda hücumçu Edin Ceko "Atalanta"ya məğlubiyyətdən sonra azarkeşlərə səslənib. Bosniyalı forvard həftəiçi alınan yenilgidən sonra belə danışıb:

"Bərbad olduğumuzu söyləyə bilərsiniz, amma komandanın azarkeşlərin dəstəyinə ehtiyacı var. Hər səhv pasa fit çalmaq düzgün deyil".

Ceko həm komandanın psixoloji durumuna, həm də meydandakı atmosferə təsir edən faktorları vurğulayaraq, azarkeşləri dəstəyi artırmağa çağırıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər