"Fənərbağça"da kritik qərar: Tedesko üçün "Antalyaspor" sınağı

"Fənərbağça"da kritik qərar: Tedesko üçün "Antalyaspor" sınağı

"Fənərbağça" baş məşqçi Domeniko Tedesko ilə bağlı kritik qərar verilib.

Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi qarşıdakı "Antalyaspor" matçını qazanmadığı halda italyan çalışdırıcı ilə yollarını ayıracaq.

Bu barədə məlumatı "Milliyet" yayıb.

Komandada son həftələrdə yaşanan uğursuz nəticələr və oyun anlayışındakı boşluqlar rəhbərliyin səbr kasasını doldurub. “Antalyaspor” qarşılaşması isə Tedesko üçün son şans hesab olunur.

Qələbə alınmadığı halda "Fənərbağça" rəhbərliyi yeni baş məşqçi axtarışına çıxacaq. Namizədlər arasında həm yerli, həm də xarici məşqçilərin adı çəkilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər