"Fənərbağça"da daha 4 ayrılıq yaşandı

"Fənərbağça"da daha 4 ayrılıq yaşandı

"Fənərbağça" rəhbərliyi klubda yeni quruluş planı çərçivəsində A komandanın skaut heyəti ilə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi uzunmüddətli yenidənqurma strategiyasına uyğun olaraq, skaut bölməsində tam dəyişiklik qərarı qəbul edib.

Məlumata görə, klubdan Barış Alpaslan, Mert Bayhan, Ayberk Ağar və Suphi Baykam ayrılıb.

Bu barədə məlumatı türkiyəli jurnalist Erdem Akbaş yayıb.

Yeni skaut rəhbərliyinin kim olacağı isə yaxın günlərdə açıqlanacaq.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər