"Fənərbağça" Tedesko ilə bağlı qərarını verdi

"Fənərbağça" Tedesko ilə bağlı qərarını verdi

"Fənərbağça"da son günlər Domeniko Tedeskonun gələcəyi ilə bağlı ciddi müzakirələr gedirdi.

Fanat.Az xəbər verir ki, "Antalyaspor" ilə qarşılaşma italiyalı çalışdırıcı üçün “ya qal, ya get” matçı hesab olunurdu.

Oyundan əvvəl “məğlubiyyət və ya xal itkisi olarsa, Tedesco ilə yollar ayrılacaq” xəbərləri gündəmi zəbt etmişdi.

Amma "sarı-lacivərdlilər" bu çətin qarşılaşmadan istədiyini aldı. Ulduz futbolçu Anderson Talişka və Sebastian Şimanskinin vurduğu qollarla "Fənərbağça" "Antalyaspor"u 2:0 hesabı ilə məğlub etdi. Qələbə sonrası klubun Tedesko ilə yola davam etmək qərarı verdiyi bildirildi.

Bu barədə məlumatı Yağız Sabuncuoğlu yayıb.

Artıq rəhbərlik Tedeskonun layihəsinə etimad göstərməyə davam edəcək.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər