"Ermənistanda elə bilirlər ki, Spertsyanı əsir saxlamışıq" - Murad Musayev

"Ermənistanda elə bilirlər ki, Spertsyanı əsir saxlamışıq" - Murad Musayev

"Krasnodar"ın baş məşqçisi Murad Musayev Ermənistan mətbuatının Avropaya köçəcəyi barədə xəbərlər yaydığı yarımmüdafiəçi Eduard Spertsyanın perspektivi ilə bağlı fikirlərini bildirib. 

Fanat.Az xəbər  verir ki, "Sabah"ın sabiq çalışdırıcısı "Eto futbol, brat" Youtube kanalına açıqlamasında belə deyib: 

"Spertsyan hazırda heç yerə tələsmir, lakin Rusiya və Ermənistanda bu məsələ ilə bağlı böyük ajiotaj var. Ermənistanda "Krasnodar"ın yarımmüdafiəçini əsir saxladığına inanırlar. Amma Edik əfsanəsi hesab olunan şəhərdə xoşbəxtdir. O, parlaq çıxış edir. Avropaya keçidi? İndiyə qədər "İnter"dən heç bir dəvət gəlməyib. "Sauthempton" sonuncu maraqlanan klub idi". 

Eduard Spertsyan bu mövsüm Rusiya çempionatında "Krasnodar"ın heyətində 18 oyun keçirib, 8 qol vurub və 12 məhsuldar ötürmə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər