"Çelsi"nin sabiq baş məşqçisinin yeni iş yeri bilindi - SON DURUM

"Çelsi"nin sabiq baş məşqçisinin yeni iş yeri bilindi - SON DURUM

"Çelsi"nin və "Vest Hem"in keçmiş baş məşqçisi Qrem Potter ayyarımlıq işsizlikdən sonra yenidən karyerasını bərpa etməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, o, İsveç millisini çalışdırmağa yaxındır.

İnformasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. Mənbənin məlumatına görə, İsveç Futbol Assosiasiyası ilə ingilis məşqçi arasında danışıqlar son mərhələdədir. Müqavilənin yaxın vaxtlarda rəsmi şəkildə elan ediləcəyi gözlənilir.

Mart ayına qədər olan ilkin qısamüddətli müqavilə ona diqqətini 2026-cı il dünya çempionatına vəsiqə qazanmağa imkan verəcək. Potter ona məşqçi olmaq şansı verən ölkəyə kömək etmək istəyir.

Xatırladaq ki, Potter məşqçi kimi ilk addımlarını İsveçdə atıb. 2011-2018-ci illərdə "Östersunds" klubunun baş məşqçisi olub. Sentyabr ayında o, "Vest Hem"dən qovulmuşdu.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər