"Çelsi"nin əfsanəsi vəfat etdi

"Çelsi"nin əfsanəsi vəfat etdi

"Çelsi"nin keçmiş müdafiəçisi və baş məşqçisi, 1971-ci ildə UEFA Kuboklar Kubokunu qazanan Eddi Makkridi vəfat edib. 

Fanat.Az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.

Şotlandiyalı futbolçu 85 yaşında dünyasını dəyişib. 

"Çelsi"nin əfsanəsi vəfat etdi

O, 1962-ci ildən 1973-cü ilə qədər "zadəganlar"da oynayıb. London təmsilçisi ilə birlikdə Kuboklar Kubokunu (1971-ci ildə), İngiltərə Kubokunu və Liqa Kubokunu qazanıb. O, həmçinin Şotlandiya milli komandasında 23 oyun keçirib.

Makkridi 1975-ci ildən 1977-ci ilə qədər "Çelsi"nin baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda Çempionşipə düşsə də, bir mövsüm sonra yenidən Premyer Liqaya qayıdıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər