Bu gün Azərbaycan və Şotlandiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandaları qarşılaşacaq. Gənclər millimizin səfərdə keçirəcəyi oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Millimizin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb matç barədə nə düşündüyünü soruşduq. Onun Fanat.Az -a açıqlaması belə olub: "Hazırda Şotlandiyanın növbəti mərhələyə çıxmaq şansı var və bu oyun bizim üçün ikiqat çətin olacaq. Həm səfərdə oynayırıq, həm də rəqib üçün bu üç xal çox vacibdir. Düşünürəm ki, millimizin Çexiya ilə matçda qazandığı bir xaldan sonra özünə inamı artmalıdır və bu amil səfər oyununda da komandamıza kömək etməlidir. Təbii ki, orada qazanılacaq bir xal belə aktivimizə yazılar. Nəzəri cəhətdən növbəti mərhələyə çıxmaq şansımız çox azdır. Bununla belə, qazanılan hər xal faydalıdır. Amma yenə də deyirəm ki, bizi çox çətin oyun gözləyir". Əlisahib İbrahimli
"Bu oyun bizim üçün ikiqat çətin olacaq" - Arif Əsədov
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Azərbaycan futbolu
14:08
19.11.2026
Montiel sıraya döndü - "Qarabağ"ın qarşıdakı matça neçə itki ilə çıxacağı açıqlandı
Oxşar xəbərlər
Azərbaycan futbolu
14:11
23.11.2026
Hakimlər Komitəsi hamıdan çox Rəvan Həmzəzadəyə güvənir - Hakimliyin mənzərəsi
Azərbaycan futbolu
13:52
23.11.2026
Qurban Qurbanov Azərbaycan futbolunda daha bir tarix yazdı
Azərbaycan futbolu
13:14
23.11.2026
Mövsümdə ilk yaşandı
Azərbaycan futbolu
12:55
23.11.2026
"Son ötürmələrdə və ya son vuruşlarda dəqiqlik çatmadı" - Liderin baş məşqçisi heç-heçəni şərh etdi