"Ayntraxt" onu heyətinə qatmaq istəyir

"Ayntraxt" onu heyətinə qatmaq istəyir

Bundesliqa təmsilçisi "Ayntraxt" qış transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, Frankfurt klubu bu məqsədlə "Nyukasl Yunayted"in danimarkalı gənc hücumçusu Uilyam Osula ilə maraqlanır.

Rəhbərlik 22 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir. Bundesliqa təmsilçisi Osulanın oyun dinamikasının və fiziki gücünün işə yarayacağına əmindir.

"Nyukasl" icarə variantına müsbət yanaşır, lakin qarşı tərəfdən müqaviləyə satınalma bəndinin də salınmasını tələb edir.

Qeyd edək ki, Uilyam bu mövsüm "sağsağanlar"ın forması ilə çıxdığı 9 matçda 3 qol və 1 assistlə yadda qalıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər