"Ayaks" Londonda tarixinin kabusunu yaşadı

"Ayaks" Londonda tarixinin kabusunu yaşadı

UEFA Çempionlar Liqasının 3-cü turu çərçivəsində "Çelsi" "Ayaks"ı qəbul edib.

Fanat.Az xəbər verir ki, "zadəganlar"ın evdə rəqibini 5:1 hesabı ilə darmadağın etdiyi matç qonaqlar üçün kabusa çevrilib.

"Çelsi" ilk hissədə dörd qol vuraraq, "Ayaks"ın çoxdankı klub antirekordunu təkrarlayıb. "The Touchline"-nin hesablamasına görə,  1957/58 mövsümündən bəri ilk dəfə Amsterdam klubu avrokubokda birinci hissədə dörd qol buraxıb. 

“Ayaks” Çempionlar Liqasında hələ xal toplaya bilməyib və üç turdan sonra ümumi turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər