"Atletiko" qışda Froholdu rənglərinə bağlamağa hazırlaşır

"Atletiko" qışda Froholdu rənglərinə bağlamağa hazırlaşır

“La Liga” nəhəngi "Atletiko Madrid" qış transfer pəncərəsi üçün yeni hədəfini müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, İspaniya klubu hazırda "Porto"da çıxış edən Viktor Froholdu heyətinə qatmaq istəyir.

Bu barədə məlumatı "365 Scores" yayıb.

Madridlilər Danimarka millisinin üzvü olan futbolçunun oyun tərzini və fiziki gücünü “dördlükdə qalmaq uğrunda” mübarizədə ideal seçim kimi görürlər.

Transferin detalları hələ açıqlanmasa da, danışıqların qış aylarında başlanacağı gözlənilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər