"Atalanta"nın futbolçusu İtaliya futbolunun tarixinə düşdü

"Atalanta"nın futbolçusu İtaliya futbolunun tarixinə düşdü

İtaliyanın “Atalanta” komandası Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda Belçika təmsilçisi “Brügge”ni 2:1 hesabı ilə məğlub edib. 

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, "Atalanta"nın heyətində 17 yaş 219 günlüyündə qitənin ən nüfuzlu klub turnirində debüt edən Honest Ahanor rekord reallaşdırıb. 

O, İtaliya futbolu tarixində Çempionlar Liqasında (avrokuboklarda deyil) iştirak edən ən gənc oyunçu olub. 

“Atalanta” Liqa mərhələsinin növbəti turunda yenə evdə Çexiyanın “Slaviya” klubu ilə qarşılaşacaq. Matç oktyabrın 22-də baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər