Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu karyerasını bitirməsi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "A Bola" superulduzun fikirlərini belə təqdim edib:
"İnsanlar, xüsusən də ailəm deyir ki: "Sənin dayanmağının vaxtıdır. Artıq hər şeyi etmisən. Min qol vurmağa nə ehtiyac var?". Amma mən belə düşünmürəm. Hələ də yaxşı işlər görürəmsə, klubuma və milli komandaya fayda verirəmsə, niyə davam etməyim? Hər şey bitdikdən sonra məmnunluq hissi ilə ayrılacağam, çünki hər şeyimi verdim. Bilirəm ki, mənim çox vaxtım qalmayıb, amma əlimdə olan hər dəqiqədən maksimum həzz almağa çalışıram".
Ronaldu karyerasında ümumilikdə 946 qol vurub. O, "Qızıl top"un beşqat qalibidir.
Mirağa