Qoretskanın yeni klubu bəlli oldu - SON DURUM

Qoretskanın yeni klubu bəlli oldu - SON DURUM

Bu mövsümünün sonunda "Bayern Münhen"dən ayrılacaq alman yarımmüdafiəçi Leon Qoretskanın İngiltərə Premyer Liqasının liderinə yollanmaq variantı yaranıb. 

Fanat.Az xəbər verir ki, məlumatı "Bayern Insider" yayıb.

Mənbənin məlumatına görə, Londonun "Arsenal" klubu təcrübəli yarımmüdafiəçi ilə maraqlanır. Qoretskanın özü də karyerasını Britaniyada davam etdirməyə isti yanaşır. O, yeni klubuna tamamilə pulsuz transfer olunacaq. 

Təcrübəli yarımmüdafiəçi bu mövsüm "Bayern"in heyətində 28 oyunda meydana çıxıb və 1 qol vurub. Onun bazar dəyəri 15 milyon avrodur.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər