Premyer Liqanın tarixinə düşmüş futbolçu Fransa klubuna keçdi

Premyer Liqanın tarixinə düşmüş futbolçu Fransa klubuna keçdi

"Arsenal"ın hücumameylli yarımmüdafiəçisi Etan Nvaneri mövsümün qalan hissəsini "Olimpik Marsel" üçün oynayacaq.

Fanat.Az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

Premyer Liqanın tarixinə düşmüş futbolçu Fransa klubuna keçdi Onunla bağlanan icarə müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna qədər davam edəcək. "Transfermarkt" "topçular"ın yetirməsi üçün 1.5 milyon avro alacağını bildirib.

İcarə müqaviləsi bitdikdən sonra Nvaneri "Arsenal"a qayıtmalıdır, çünki razılaşmada satınalma maddəsi yoxdur.

Etan Nvaneri 9 yaşında London klubunun akademiyasına qoşulub. O, 2022-ci ildə əsas komandada debüt edib. "Brentford"la oyun zamanı Etan 15 yaş 181 günlük idi. Yarımmüdafiəçi İngiltərə Premyer Liqası və "Arsenal" tarixinə ən gənc debütant kimi düşüb.

18 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda "topçular"ın heyətində 12 oyun keçirib və 1 qol vurub. Onun transfer dəyəri 40 milyon avrodur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər