Premyer Liqa: London derbisində sülh

Premyer Liqa: London derbisində sülh

İngiltərə Premyer Liqasında 13-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Mançester Yunayted” səfərdə “Kristal Pelas”a, “Liverpul” “Vest Hem”ə qalib gəlib. “Çelsi” və “Arsenal” arasındakı London derbisində isə qalib müəyyənləşməyib.

Hazırda “Arsenal” 30 xalla vahid liderdir. “Mançester Siti”nin 25, “Çelsi” və “Aston Villa”nın 24, “Brayton” və “Sanderlend”in 22, “Mançester Yunayted” və “Liverpul”un 21 xalı var.

İngiltərə Premyer Liqası 13-cü tur 29 noyabr

Brentford – Börnli 3:1 Qollar: Tyaqo, 81-pen; 86. Uattara, 90+2 – Flemminq, 85-pen.

Everton – Nyukasl 1:4 Qollar: Dyusberi-Holl, 69 – Tiav, 1; 58. Mayli, 25. Voltemade, 45.

Mançester Siti – Lids 3:2 Qollar: Foden, 1; 90+1. Qvardiol, 25 – Levin, 49. Nmeça, 68.

Sanderlend – Bornmut 3:2 Qollar: Le Fi, 30-pen. Traore, 46. Brobbi, 69 – A.Adli, 7. T.Adams, 15.

Tottenhem – Fulhem 1:2 Qollar: M.Kudus, 59 – Tete, 4. H.Uilson, 6.

30 noyabr

Kristal Pelas – Mançester Yunayted 1:2 Qollar: Mateta, 36-pen – Zirkze, 54. Maunt, 63.

Aston Villa – Vulverhempton 1:0 Qol: Kamara, 67.

Nottingem Forest – Brayton 0:2 Qollar: De Kuyper, 45+1. Tsimas, 88.

Vest Hem – Liverpul 0:2 Qollar: A.İsak, 60. Qakpo, 90+2.

Çelsi – Arsenal 1:1 Qollar: Çaloba, 48 – Merino, 59.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər