Premyer Liqa klubunun sahibi La Liqa təmsilçisini aldı

Premyer Liqa klubunun sahibi La Liqa təmsilçisini aldı

İngiltərə Premyer Liqasında çıxış edən "Börnli" klubunun amerikalı sahibi Alan Peys "Espanyol"u alıb.

Fanat.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Klub 2016-cı ildən "Espanyol"a sahib olan Çen Yanşenqin başçılıq etdiyi "Rastar Group" şirkətinə (Çin) məxsus idi. 

Yeni müqavilənin dəyəri 130 milyon avrodur.

Peys iki klubun bir-birindən müstəqil qalacağını bəyan edib. O, bu yay "Olimpik Lion" və "Kristal Pelas"ın UEFA ilə yaşadığı problemlərdən necə qaçacağını bildiyini vurğulayıb.

"Espanyol" hazırda 12 xalla La Liqanın 9-cu pilləsində qərarlaşıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər